“Erməni separatçıların silhalardan istifadə edərək bizi təxribata çəkmək cəhdləri və digər hərəkətləri öz başlarında çatlayacaq. Regionda dayanaqlı sülhün bərpası sabitliyin möhkəmlənməsi bir sıra iqtisadi və siyasi lahiyələrin tərkib hissəsidir. Bunun üçün ölkə olaraq Azərbaycanda mühüm siyasi prosesin həyata keçirməsi önəm daşıyır”.
Bunu Hafta.az-a Yeni Xətt Müstəqil Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov erməni separatçılarının Qarabağdakı son davranışları, seçki oyunları, eləcə də Azərbaycana qarşı təxribatlar törədib vəziyyəti gərginləşdirməsi ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qarabağdakı xunta rejiminin davranışlarının arxasında dayanan quvvələr yuz illərdi bu siyasətlərini həyata keçirirlər və zaman -zaman öz istəklərinə nail olublar. Xalqımızı Qarabağdan öncə, hazırda dövlət qurduqları ərazilərimizdən qovub, onlara qarşı etnik soyqrım siyasəti həyata keçiriblər.
“Bu tarixi faciələri bəşəri cinayətləri biz ununtmamışıq unutmayacağıq. Çox təssuf ki, bu dünyanın sivil, özünü demokratik adlandıran kəsimi bu cinayətlərə göz yumdu. Amma ilahi ədalət qalib gəldi. Biz o yuz illərin planlarını pozduq. Azərbaycan xalqının müdrikliyi, həmrəyliyi ordumuzun cəsarəti İlham Əliyevin sərrast diplomatiyası bu xunta rejiminin riyakar və vandal düşüncə tərzini 44 günlük müharibə ilə darmadağın etdi” deyən R.Hüseynov bəyan edib ki, bu gün nə dövlətimiz, nə xalqımız, nə rəhbərliyimiz, nə qüdrətimiz separatçıların düşündüyu deyil. Artıq zaman onların əlehinə işləyir, biz təxribatlara əhəmiyyət vermirik.
Ekspert hesab edir ki, separatçı rejim sivil yolla nəyisə qəbul etmək iqtidarında deyil.
“Sülh yolu ilə təkliflərimizlə dövlət maraqlarımızı ərazi bütövluyumuzu bərpa etmək niyətindəyik. Amma xunta rejimi əgər bu təxribatlara davam etsə, biz o gücə malikik: tez bir zaman kəsiyində onları layiq olduqları siyasi mənzərə ilə üz-üzə qoyaq. Öz ərazimizdə istənilən yoldan istifadə etməyi, istənilən kommunikasiya xətlərinin bağlanması və açılması səlahiyyətinə sahibik” deyən ekspert əlavə edib ki, 44 günlük vətən muharibəsində nail olduğumuz qələbə ilə Azərbaycanın gələcəkdə siyasi təhdid və təzyiqlərdən qorumaq üçün böyük planın təməlini qoyub.